top
ADA prezidenti fransalı senatorları bədnam qətnaməyə səs verməməyə çağırdı
15 noyabr 2022, 05:15
- +

ADA prezidenti fransalı senatorları bədnam qətnaməyə səs verməməyə çağırdı

Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyası (ADA) 6 senatorun Azərbaycana qarşı təqdim etdiyi qətnamə layihəsi ilə bağlı bu ölkənin dövlət başçısına və Fransa Senatına müraciət edib. Bu barədə 15 noyabr tarixində “Qafqazinfo” məlumat verib.

ADA-nın prezidenti Jerom Lamberin adından Fransa Prezidenti Emmanuel Makrona və senatorlara ünvanlanan müraciətdə bildirilib ki, noyabrın 15-də Fransa ilə Azərbaycan arasında münasibətlərə dair qətnamədən danışılacaq.

O, senatorları iki ölkə arasında çətinliklər yaradacaq bu qətnaməni qəbul etməməyə çağırıb: “Sizdən yenə də xahiş edirik ki, son otuz ildə Ermənistan və Azərbaycan arasında münaqişəyə Fransa hökumətini cəlb etməyəcək rəsmi mövqe nümayiş etdirəsiniz”.

ADA prezidenti hesab edir ki, törədilən təxribatlar, sərhədyanı ərazilərdə minaların basdırılmasının davam etdirilməsi, üçtərəfli bəyanata və razılaşmalara zidd olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasından, bu ərazidə rabitə və nəqliyyat kommunikasiyalarının açılmasından imtina edilməsi qəbuledilməzdir.

“Fransa bütün xalqlarla ünsiyyət qurmalıdır. Təəssüf ki, milli ərazimizdə mövcud olan nüfuzlu fransız icmasının bəzi erməni əsilli nümayəndələrinin “intiqam” arzusu var. Lakin bu, Azərbaycan və Ermənistan arasında davam edən danışıqlara ziddir. Fransa və Avropa İttifaqı, təbii ki, erməni diasporasındakı ekstremistlərin manevrləri üzündən, deyəsən, danışıqlar aparan tərəf kimi mövqe tutmaq legitimliyini itiriblər”, - ADA-nın prezidenti qeyd edib.

J.Lamber bildirib ki, Ermənistan və Azərbaycan arasında danışıqlar irəliləməkdədir.

Müraciətin sonunda J.Lamber senatorları reallığı və mövcud vəziyyəti əks etdirməyən retroqrad qətnaməyə səs verməməyə çağırıb: “Fransa sülh üçün çalışmalı, onun parlament nümayəndələri icmalar arasında problem yaratmamalıdır. Tam əksinə fəaliyyət göstərməlidir”.

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 16:31

Prezident İlham Əliyev Azərbaycanla Türkmənistan arasında müdafiə sahəsində Anlaşma Memorandumunu təsdiq edib

Bütün Xəbərlər
Dünən, 16:24

Azərbaycan və Türkmənistan arasında gömrük üzrə əməkdaşlıq protokolu təsdiqlənib

Bütün Xəbərlər
Dünən, 16:20

Prezident İlham Əliyev Azərbaycanla Türkmənistan arasında iqtisadi əməkdaşlıq sazişini təsdiqləyib

Bütün Xəbərlər
Dünən, 13:53

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Bütün Xəbərlər
Dünən, 12:43

Bakıda 5 aylıq hamiləliyini sonlandıran qadın vəfat etdi

Bütün Xəbərlər
Dünən, 12:33

Vüsal Nəsirli ona yüksək vəzifə verdi

Bütün Xəbərlər
Dünən, 12:28

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Bütün Xəbərlər
Dünən, 09:55

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana taxıl göndəriləcək

Bütün Xəbərlər
Dünən, 09:48

Böyük Qayıdış: Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanları yola salınıb

Bütün Xəbərlər
20 avqust 2026, 17:36

Azərbaycanda "Turizm kəndi" konsepsiyası üzrə normativ hüquqi baza yaradılacaq

Bütün Xəbərlər
20 avqust 2026, 17:22

Almatı dağlarında 19 il əvvəl itkin düşmüş alpinistin qalıqları tapılıb

Bütün Xəbərlər
20 avqust 2026, 16:45

Prezident İlham Əliyev turizmin inkişafı ilə bağlı yeni Dövlət Proqramını təsdiqləyib

Bütün Xəbərlər
20 avqust 2026, 16:19

Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin Əsasnaməsi təsdiqlənib

Bütün Xəbərlər
20 avqust 2026, 16:13

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

Bütün Xəbərlər
20 avqust 2026, 15:43

Şagirdlərin elektron yerdəyişməsi başlayıb

Bütün Xəbərlər
20 avqust 2026, 13:57

MN-in Mərkəzi Hərbi Həkim komissiyasının sabiq rəisi məhkəmə zalından azadlığa buraxılıb

Bütün Xəbərlər
20 avqust 2026, 13:25

AZAL təyyarə göyərtəsində POS-terminalla ödəniş imkanını istifadəyə verib

Bütün Xəbərlər
20 avqust 2026, 12:34

Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isit olacaq

Bütün Xəbərlər
20 avqust 2026, 12:04

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına qızıl mədənindəki faciəyə görə başsağlığı verib

Bütün Xəbərlər
20 avqust 2026, 10:42

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək

Bütün Xəbərlər
20 avqust 2026, 10:24

İdman liseyləri və Bülbül adına orta ixtisas musiqi məktəbinə qeydiyyat başlayır

Bütün Xəbərlər
19 avqust 2026, 17:58

XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstək göstərməyə davam edir

Bütün Xəbərlər
19 avqust 2026, 17:31

"Uşağa "anan qələt edir" deyərkən eşitdi, dava da belə başladı"

Bütün Xəbərlər
19 avqust 2026, 16:26

Kiperpolis onlayn kazino şəbəkəsinin rəhbərini Gürcüstanda saxlayaraq Azərbaycana gətirib

Oxşar xəbərlər