“Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus qatarın Tovuz sakinini vuraraq öldürməsi ilə bağlı cinayət işi başlanılıb. Bu barədə 4 yanvar tarixində Report məlumat verib.
Yanvarın 3-də “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus qatarın Tovuz rayonu ərazisindən keçən zaman 1986-cı il təvəllüdlü Tural Yaqubovu vurması və onun aldığı xəsarətlərdən ölməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı “dəmir yolu nəqliyyatında hərəkət təhlükəsizliyi və istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda” maddəsilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.