Ağcabədidə bıçaqlanma hadisəsi olub. Bu barədə dekabrın 3-də Lent.az məlumat yayıb.
Belə ki, Ağdam rayon sakini Tural Məmmədov Ağcabədi sakini İlqar Cəfərzadənin sinəsinə iki ədəd bıçaq zərbəsi vurub.
Ağır xəsarətlər alan kənd sakini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.