Ağcabədidə iki avtomobilin iştirakı ilə yol qəzası baş verib. Bu barədə dekabrın 5-də DİN-dən bildirilib.
Ağcabədi rayonunun Aşağı Avşar kəndi ərazisində Ağdam rayon sakini Məhəmməd Hüseynzadənin idarə etdiyi “Niva” və Ağcabədi şəhər sakini F.Mamedovun idarə etdiyi “Ford Transit” markalı avtomobillər toqquşub.
Nəticədə M.Hüseynzadə və sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.
Araşdırma aparılır.