Ağcabədi rayonunda avtomobilin vurduğu piyada xəstəxanada ölüb. Bu barədə 6 yanvar tarixində Report məlumat verib.
Yanvarın 4-ü saat 12:00 radələrində rayonun Boyat kəndi ərazisində Ağdam rayon sakini, 57 yaşlı Yasir Cəfərov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən piyada, 65 yaşlı Bakir Əsgərovu vurub.
Nəticədə piyada aldığı bədən xəsarətlərindən yanvarın 5-də Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında ölüb.
Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.