İqtisadiyyat Nazirliyinin Ağdam Sənaye Parkında daha bir sahibkarlıq subyektinə rezident statusu verilib. Bu barədə 14 noyabr tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında bildirib.
Nazirin sözlərinə görə, bununla da Parkın rezidentlərinin sayı 12-yə çatıb.
"Yeni rezident "NN-Tel Group" MMC parkda investisiya dəyəri 1,3 milyon manat olan dam örtükləri istehsalı müəssisəsi yaradılacaq", - deyə nazir qeyd edib.
Ağdam #SənayeParkı-nda daha bir sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 12-ə çatıb. Yeni rezident NN-Tel Group MMC tərəfindən sənaye parkında #investisiya həcmi 1,3 mln. ₼ olan dam örtükləri istehsalı müəssisəsi yaradılacaq.#EconomyAz #İZİA pic.twitter.com/g8CDlwCf7D
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 14, 2022