Ağdam rayonunda zəncirvari yol qəzası baş verib. Bu barədə 20 noyabr tarixində Oxu.az məlumat verib.
Hadisə Quzanlı qəsəbəsi, Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, eyni istiqamətdə hərəkət edən “KamAZ” markalı yük maşını “Mercedes-Benz” markalı minik maşınına, “Mercedes-Benz” isə BMW markalı maşına çarpılıb. Hər iki minik maşını ciddi zərər görüb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma başlanıb.
[gallery columns="2" link="file" size="full" ids="95115,95116"]