Ağdamda iki avtomobilin iştirakı ilə yol qəzası baş verib. Bu barədə dekabrın 1-də İnsanoid Report-a istinadən xəbər verir.
Hadisə rayonun Yüzbaşılı kəndi ərazisində baş verib.
Nəticədə iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Yaralılardan birinin vəziyyəti qismən ağır olduğu üçün o, Bərdə rayon Mərkəzi Xəstəxanasına aparılıb.