Ağstafada ölümlə nəticələnən ağır yol qəzası baş verib. Bu barədə 30 iyun tarixində APA məlumat verib.
Belə ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qırılı kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Daewo" markalı avtobusla minik maşını toqquşub.
Qəza zamanı bir nəfər ölüb, 1969 -cu il təvəllüdlü Tovuz sakini isə xəsarət alıb.