Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Əhməd oğlu Məsimli "Şöhrət" ordeni ilə təltif edilib. Bu barədə 2 yanvar tarixində Apa xəbər verib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Əli Məsimli Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
Qeyd edək ki, Əli Məsimli 114 saylı Şəki kənd birinci dairəsinin deputatı, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavinidir.