Minimum pensiyanın artırılması Naxçıvan Muxtar Respublikası üzrə ümumilikdə 4 600 əmək pensiyaçısına şamil ediləcək.
Bu barədə 6 yanvar tarixində Report MR-in Dövlət Sosial Müdafiə Fonduna istinadən məlumat verib.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Sərəncama uyğun olaraq, əmək pensiyasının minimum məbləğindən aşağı məbləğdə əmək pensiyası alan bütün vətəndaşların pensiyalarının məbləği 240 manatdan 280 manata çatdırılacaq.