İşğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 349 mina aşkarlanıb. Bu barədə 14 noyabr tarixində Azərbaycan Minatəmizləmə Agentliyi məlumat verib.
Noyabrın 7-dən 12-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 170, tank əleyhinə 179 mina və 357 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 485 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.