Mədəniyyət naziri Anar Kərimov tutduğu vəzifədən azad olunub. Bu barədə 21 dekabr tarixində Oxu.az məlumat verib.
Məlumata əsasən, bununla bağlı yaxın saatlarda Prezident İlham Əliyevin imzaladığı Sərəncam elan olunacaq.
Xatırladaq ki, Anar Kərimov Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə mədəniyyət naziri vəzifəsinə təyin edilmişdi.
Qeyd edək ki, ötən ay Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyinin şəxsi heyətinə qarşı xüsusi əməliyyat keçirmişdi.