ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau Azərbaycana səfər edəcək. Bu haqda martın 30-da Report məlumat yayıb.
O, Gürcüstana səfəri başa vurduqdan sonra bu gün ölkəmizə gələcək. Martın 31-də Zbiqnev Raunun Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcəyi gözlənilir.
Daha sonra ATƏT sədri Ermənistana yola düşəcək.
Bildirilib ki, səfərin məqsədi Cənubi Qafqaz regionunda əməkdaşlığın, dialoqun və sabitliyin inkişafına töhfə verməkdir.