Dünən, martın 29-da güləş üzrə Avropa çempionatında Azərbaycanın sərbəst güləşçiləri 4 medal qazanıb.
Maqomedxan Maqomedov (97 kq) qızıl, Əşrəf Aşıqov (79 kq), Hacı Əliyev (65 kq) və Əliabbas Rzazadə (57 kq) isə gümüş medala layiq görülüb. Zirəddin Bayramov (70 kq) isə bürünc medal uğrunda görüşdə məğlub olaraq 5-ci yeri tutub.
Qeyd edək ki, bu gün daha 3 idmançımız medal uğrunda görüşlərə çıxacaq. Abubakar Abakarov (86 kq) finalda, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc mükafat üçün güləşəcəklər.
Bu gün, həmçinin qadın güləşçilərimiz də mübarizəyə qoşulacaq. Bunlar Türkan Nəsirova (50 kq) və Alyona Kolesnikdir (59 kq).