Avstriya Azərbaycandan qaz idxal etmək üçün müqavilə bağlamaq istəyir. Bu haqda martın 26-da Sputnik Azərbaycan məlumat verib.
“Rusiya xətləri kəssə, qaz anbarlarında cəmi 12% ehtiyatı olan Avstriya nə qədər davam gətirə biləcək?”, - deyə E-Control enerji qurumunun rəhbəri Volfqanq Urbançiç bildirib.
Onun sözlərinə əsasən, Azərbaycan, Əlcəzair və Norveçlə uzunmüddətli müqavilə bağlanması dünya bazarında qaz qiymətlərinin enməsinə gətirəcək.