Bakıda avtobuslarda cibgirliklə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Bu barədə noyabrın 15-də DİN xəbər yayıb.
Əvvəllər dəfələrlə məhkum olunmuş Elnur, Faiq və Ruslan Süleymanov qardaşları tutularaq istintaqa təqdim ediliblər.
Onların avtobuslarda sərnişinlərin ümumilikdə 6 000 manatdan artıq pul, mobil telefon və qiymətli zinət əşyalarını talamaları müəyyən edilib. Onların əməlləri müşahidə kameraları vasitəsilə qeydə alınıb.
Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı Şəhər Baş Polis İdarəsinə və "102" Xidməti Zəng Mərkəzinə məlumat verə bilərlər.