Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Bu barədə Qafqazinfo 7 yanvar tarixində məlumat verib.
Ötən gün Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən avtoyuma məntəqəsində işləyən Rzayev Qalib Qənimət oğlu dəm qazından zəhərlənərək ölüb.
Avtoyuma məntəqəsindəki avtomobilin salon qızdırıcısını işə salaraq yuxuya gedən gənc oğlan dəm qazının içəri dolması səbəbindən zəhərlənib. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.