Bakının Nərimanov rayonunda yol qəzası törədib hadisə yerindən uzaqlaşan şəxs saxlanılıb. Bu barədə martın 29-da Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hadisə martın 28-də baş verib. Belə ki, paytaxt sakini A.Bağırov “Toyota” markalı avtomobillə piyadanı vurub. Sonuncu hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.