Axtarışda olan üç nəfər Rusiyada tutularaq Azərbaycana ekstradisiya edilib. Bu haqda dekabrın 1-də Baş Prokurorluq xəbər yayıb.
Bildirilib ki, Azərbaycan vətəndaşları Dadaşev Emil Ələkbər oğlu, Əzimov Ədalət Əzim oğlu və Mirzəyev Elçin Mirzə oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətləri Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin olunub.
Hər üç şəxsin Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarış elan edilib.
Noyabrın 30-da qeyd edilən şəxslər Rusiyadan Azərbaycana gətiriliblər.