Azərbaycan Dubayda təşkil edilən "Parlaq gələcək üçün davamlı innovasiyalara investisiyaların yatırılması" mövzusunda 11-ci İllik İnvestisiya Toplantısında iştirak edir. Bu haqda martın 29-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat verib.
Stenddə ölkəmizdə yaradılmış biznes və investisiya mühitinə dair məlumatlar yerləşdirilib. Həmçinin işğaldan azad edilmiş ərazilərin potensialı və investisiya qoyuluşu imkanları barədə məlumat verilir.
Azərbaycan stendi martın 31-dək ziyarətçilərə açıq olacaq.
İllik İnvestisiya Toplantısı 2011-ci ildən etibarən təşkil olunur. Burada dünyanın müxtəlif ölkələrindən rəsmi şəxslər, iş adamları və investorlar bir araya gəlirlər.