Dünən, martın 25-də Fransanın Monpelye şəhərində keçirilən fiqurlu konkisürmə üzrə dünya çempionatında Azərbaycan idmançısı Yekaterina Ryabova 9-cu yeri tutub.
Qısa proqramda 65,52 xal yığan idmançımız sərbəst proqramda 122,98 xal toplayaraq, ümumi 188,50 xalla 9-cu yerə layiq görülüb.
Bu gün daha bir idmançımız - Vladimir Litvintsev sərbəst proqramda mübarizə aparacaq.