top
Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibov vəfat edib
28 mart 2022, 00:44
- ↺ +

Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibov vəfat edib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dünən, martın 27-də Azərbaycanın keçmiş Prezidenti Ayaz Mütəllibov vəfat edib.

Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda anadan olub. O, 1962-ci ildə keçmiş Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1958-ci ildə elmi-tədqiqat institutu bürosunun böyük texnik-konstruktoru kimi başlayıb. 1959-1974-cü illərdə Bakı məişət elektrik cihazlar zavodunda müxtəlif yüksək vəzifələrdə çalışıb, 1974-cü ildən “Bakelektroməişətmaş” istehsalat birliyinin baş direktoru olub.

Ayaz Mütəllibov 1963-cü ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv qəbul edilmişdir, 1979-cu ildə respublikanın yerli sənaye naziri təyin olunmuşdur.

1989-cu ildən Mütəllibov Azərbaycan SSR Nazirlər Sovetinin sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvü, 1990-cı ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi çalışıb. Həmin il o, Azərbaycan SSR-in Ali Soveti tərəfindən Azərbaycan SSR-nin Prezidenti seçilib.

8 sentyabr 1991-ci ildə Ayaz Mütəllibov ümumi seçkilərdə Azərbaycanın ilk Prezidenti seçilib. O, 1992-ci il martın 6-da vəzifəsindən istefa verib.

Həmin vaxtdan etibarən 2012-ci ilə qədər Moskvada yaşayıb, sonra yenidən Azərbaycana qayıdıb. Mütəllibov 27 mart 2022-ci ildə uzun sürən xəstəlikdən vəfat edib. Azərbaycanın sabiq Prezidenti I Fəxri xiyabanda dəfn ediləcək.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 17:40

Naxçıvanda elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Bütün Xəbərlər
Bu gün, 16:53

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Bütün Xəbərlər
Bu gün, 15:51

Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Bütün Xəbərlər
Bu gün, 15:20

Azərbaycanda 102 tələbəyə Prezident təqaüdü verilib

Bütün Xəbərlər
Bu gün, 15:17

Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib

Bütün Xəbərlər
Bu gün, 13:53

Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib

Bütün Xəbərlər
Bu gün, 13:01

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Bütün Xəbərlər
Bu gün, 12:16

Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq

Bütün Xəbərlər
Bu gün, 11:34

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub

Bütün Xəbərlər
Bu gün, 11:27

Azərbaycan Prezidenti: Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

Bütün Xəbərlər
Bu gün, 11:13

Prezident İlham Əliyev İspaniya Kralını təbrik edib

Bütün Xəbərlər
Bu gün, 10:55

Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Bütün Xəbərlər
Bu gün, 09:51

Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra vəzifəli şəxslər cəzalandırılıb

Bütün Xəbərlər
Bu gün, 09:43

ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək

Bütün Xəbərlər
Bu gün, 09:02

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Bütün Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Bütün Xəbərlər
Dünən, 00:20

6 il əvvəl Gəncə dördüncü dəfə raket atəşinə tutuldu

Bütün Xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Bütün Xəbərlər
10 oktyabr 2026, 16:43

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər

Bütün Xəbərlər
10 oktyabr 2026, 16:07

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı "Bakı Ağ Şəhər"də olublar

Bütün Xəbərlər
10 oktyabr 2026, 16:02

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

Bütün Xəbərlər
10 oktyabr 2026, 15:47

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib

Bütün Xəbərlər
10 oktyabr 2026, 14:14

Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Bütün Xəbərlər
10 oktyabr 2026, 13:16

Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

Oxşar xəbərlər