Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Qarabağa qaz təminatı ilə bağlı Azərbaycana qarşı irəli sürdüyü iddiasına cavab verib. Bu haqda məlumat martn 23-də qurumun saytında yerləşdirilib.
“Ermənistan XİN bir neçə gün öncə beynəlxalq təşkilatların Azərbaycanda keçirilən tədbirdə iştirakı ilə bağlı, indi isə digər bir mövzu ilə bağlı daxili işlərimizə qarışmağa cəhd göstərir”, - deyə nazirliyin rəsmisi Leyla Abdullayeva bildirib.
Diplomat həmin ölkəyə üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərin icrasını və bölgədəki silahlı qüvvələrinin qalıqlarının çıxarılmasını tövsiyə edib.