Azərbaycan üzrə enerjidoldurma məntəqələrinin (EDM) sayı 33 vahid təşkil edir. APA-nın yaydığı xəbərə görə, bunu martın 29-da Energetika Nazirliyinin nümayəndəsi Rauf Qurbanov deyib.
Onlardan 22-si Bakıda, 11-i isə regionlarda qurulub. O bildirib ki, mütəxəssislərin tövsiyələrinə görə, EDM-lər arasında məsafə 25 kilometri keçməməlidir.
“Gələcəkdə EDM-lərin günəş panellərindən həm akkumulyasiya olunması, həm də avtomobillərin "charge" edilməsi təklif olunur", - deyə qurumun rəsmisi əlavə edib.