Azərbaycanlı gənc Rəhim Rəhimli dünyanın ən böyük axtarış sistemi və reklam sahəsində ixtisaslaşmış transmilli şirkəti “Google”da işə qəbul olunub. Bu barədə 30 mart tarixində Bakı Ali Neft Məktəbi məlumat verib.
Məlumatda bildirilib ki, gənc oğlan sözügedən təhsil ocağının məzunu olub.
Qeyd olunub ki, Rəhim Rəhimli 2013-cü ildə 680 balla BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına daxil olub. Prezident təqaüdçüsü olub.