İşğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 94 mina aşkarlanıb. Bu barədə 19 dekabr tarixində Azərbaycan Minatəmizləmə Agentliyi məlumat verib.
Dekabrın 12-dən 17-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 59, tank əleyhinə isə 35 mina və 297 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 579 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
[gallery columns="1" link="file" size="full" ids="98413"]