Azərbaycanın işğaldan azad edilən ərazilərində işləyən mütəxəssislərə güzəştlər və imtiyazlar tətbiq olunacaq.
Report-un xəbərinə görə, bununla bağlı Əmək Məcəlləsinə təklif olunan dəyişiklik layihəsi Milli Məclisin dekabrın 9-da keçirilən iclasında müzakirəyə çıxarılıb.
Yeni maddəyə əsasən, işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislər aşağıdakı şərtlər birgə mövcud olduğu hallarda nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə edə bilərlər:
- Mütəxəssislərin əmək müqaviləsi bağladıqları işəgötürən işğaldan azad edilən ərazilərdə vergi uçotunda olduqda;
- Mütəxəssislərin əmək müqaviləsi üzrə iş yeri işğaldan azad edilən ərazilərdə yerləşdikdə;
- Mütəxəssislər işğaldan azad edilən ərazilərdə məskunlaşdıqda.
Dəyişiklik layihəsi qəbul olunacağı təqdirdə 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək.