Azad edilən ərazilərdə istehsal üçün lazım olan xammal və materialın idxalı 10 il ƏDV-dən azad ediləcək. Bu barədə 18 noyabr tarixində Report məlumat verib.
Dəyişikliyə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazilərin rezidentlərinin istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 müddətində ƏDV-dən azad olunur.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq Milli Məclisin I oxunuşunda qəbul edilib.