Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün 600 manat müavinət veriləcək.
Bu, 28 dekabr tarixində Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Fərmana edilən dəyişiklikdə əksini tapıb.
Bu Fərman 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək qüvvədədir.