Xəzər dənizinin Xaçmaz və Astara rayonları akvatoriyasında, Mingəçevir su anbarında, Nizami kollektorunda qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar. Bu barədə 21 dekabr tarixində Report məlumat verib.
Brakonyerlərin Xaçmaz rayon sakinləri Altay Qubatov, Qalib Cəbrayılov, Rövşən Museyibov, Səxavət Əskərov, İkram Həsənov, Siyəzən rayon sakinləri Hikmət Ağayev və Asif Mirzəyev, Mingəçevir şəhər sakini Seymur Yusubov, Astara rayon sakinləri Zülfü Süleymanov və Coşqun Dadaşov olduqları müəyyən edilib. Onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
Eyni zamanda keçirilən nəzarət tədbirləri zamanı ov qaydalarını pozduqlarına görə Biləsuvar rayon sakini Həsən Həsənli, Sabirabad rayon sakinləri Müşfiq Əliyev və Elvin Əliyev saxlanılıblar.
Təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.