Azərbaycan atleti Anna Skidan Estoniyanın Yıhvi şəhərində Dünya Kontinental Turu - Bürünc səviyyədə keçirilən Heino Lipp memorialında ikinci yeri tutub. Bu barədə 17 iyun tarixində Report məlumat verib.
Belə ki, 31 yaşlı idmançı beynəlxalq yarışda çəkicatma növündə gümüş medal qazanıb.
O, 68.67 metr göstərici ilə buna nail olub. Skidan yalnız Ukrayna atleti İrina Klimetsdən geri qalıb.