"Azərbaycan Dəmir Yolları" QSC daha 10 yeni sərnişin qatarının alınmasına dair müqavilə bağlayıb. Bu barədə 12 dekabr tarixində Report səhmdar cəmiyyətinin sədri Rövşən Rüstəmova istinadən məlumat verib.
Onun sözlərinə görə, qatarların bir hissəsi gələn ilin sonuna qədər ölkəyə gətiriləcək.
"Yeni qatarların bir hissəsi Bakı-Sumqayıt xəttində, digər hissəsi isə regionlara sərnişin daşımalarında istifadə ediləcək", - sədr deyib.