Rusiya paytaxtında MDB ölkələrinin “Moskva Premyerası” adlı IV Beynəlxalq Film Festivalına start verilir. Bu barədə İnsanoid 30 noyabr tarixində məlumat verir.
Beynəlxalq kinofestivalın saytında paylaşılan məlumata əsasən, Azərbaycan festivalda Rusiya kinomatoqrafçıları ilə birgə çəkilmiş “Bu cənub şəhərində”, “Əlvida, cənub şəhəri”, “Alisanın bir günü”, “İstintaq” və digər filmlərlə təmsil olunacaq.
Festivalda həmçinin Belarus, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Latviya, Rusiya, Tacikistan və Özbəkistandan olan kino xadimləri də filmlərini nümayiş etdirəcəklər.