Azərbaycan gimnastları Maqsud Mahsudov və Hüseyn Abbasov batut gimnastikası üzrə dünya yaş qrupları yarışlarında qızıl medal qazanıblar. Bu barədə Federasiyadan bildirilib.
Yarış Bolqarıstanın paytaxtı Sofiyada keçirilib. Belə ki, sinxron batut proqramında 15-16 yaş kateqoriyasında mübarizə aparan idmançılar finalda bütün rəqiblərini qabaqlayıblar.
Qeyd edək ki, yarışa bu gün, noyabrın 26-da yekun vurulacaq.