2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda 111 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu barədə 14 noyabr tarixində Dövlət Statistika Komitəsi məlumat verib.
Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% çoxdur.
Son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,4% azalıb, qeyri neft-qaz sektorunda isə 9,7% artıb.
ÜDM istehsalının 52,9%-i sənaye sahəsinin payına düşüb.
İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri 54,35% artaraq 11 033 manat olub.