Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Türkiyədə keçiriləcək dəniz avarçəkməsi üzrə dünya çempionatına dəvət edilib. Bu barədə 21 dekabr tarixində Report məlumat verir.
Bu barədə qurumun baş katibi Fərhad Əliyev 2022-ci ilin yekunlarına həsr olunan illik hesabat konfransı zamanı açıqlama verib. Qurum rəsmisinin sözlərinə görə, azərbaycanlı məşqçilər bununla bağlı Türkiyədə təlim-məşqlərə qatılacaqlar.
Qeyd edək ki, dəniz avarçəkməsi üzrə dünya çempionatı 2024-cü ildə baş tutacaq.