Paracüdo üzrə Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatının komanda yarışlarında qızıl medal qazanıb. Bu barədə 10 noyabr tarixində Report.az məlumat verib.
Finalda Türkiyə kollektivi ilə qarşılaşan yığma rəqibinə 4:2 hesabı ilə qalib gəlib.
Azərbaycan paracüdoçuları fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.