Azeri Light markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,17 dollar artaraq 84,77 dollar təşkil edib. Bu barədə İnsanoid bu gün, 16 dekabr tarixində xəbər verir.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.