Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki Elşən Kərimov vəfat edib. Bu barədə 6 dekabr tarixində Report məlumat verib.
O, bu gün səhər saatlarında 49 yaşında ürəktutmasından dünyasını dəyişib.
E.Kərimov Şamaxı rayonunun Bəklə kəndində torpağa tapşırılıb.
Qeyd olunub ki, Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki E.Kərimov Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. O, uzun müddət Azərbaycan Ordusunda xidmət edib. Bir neçə il əvvəl ehtiyata buraxılıb.