Azərbaycan Ordusunun iki zabiti qəza nəticəsində həyatlarını itirib. Bu barədə 21 dekabr tarixində Qafqazinfo məlumat verir.
Hadisə bu gün səhər saatlarında Füzüli rayonundakı Fin şəhərciyi yaxınlığında baş verib. 38 yaşlı Araz Fazil oğlu Nəzərovun idarə etdiyi "Mercedes" markalı avtomobil aşıb. Nəticədə sürücü və sərnişini, 33 yaşlı İlkin İmdadlı hadisə yerində dünyalarını dəyişiblər. A.Nəzərov kapitan, İ.İmdadlı isə baş leytenant rütbəsində xidmət edirdilər.
Qeyd edək ki, A.Nəzərov Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nəzərovun qardaşıdır. O, bu gün doğulduğu Goranboyun Qızılhacılı qəsəbəsində dəfn ediləcək.