Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov etimadnaməsini Xorvatiya prezidenti Zoran Milanoviçə təqdim edib.
Bu barədə dekabrın 1-də Report xəbər yayıb.
Görüşdə Azərbaycanla Xorvatiya arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin davam etdirilməsi, siyasi dialoqun aktivləşdirilməsi və müxtəlif platformalarda qarşılıqlı dəstəyin vacibliyi bildirilib.