Azərbaycan Serbiyada yeni tikiləcək elektrik stansiyası layihəsində müştərək fəaliyyətin təşkili və bu məqsədlə birgə işçi qrupunun yaradılmasında iştirak edəcək. Bu barədə 22 dekabr tarixində Report məlumat verib.
Bununla bağlı “Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevin Serbiyanın Baş nazirinin müavini, maliyyə naziri Sinisa Mali və mədən və energetika naziri Dubravka Djedoviclə keçirilən görüşdə müzakirə aparılıb.
Elektrik enerjisinin Azərbaycandan Serbiyaya ixracının yaxın zamanda həyata keçirilməsi və ölkəmizin Avropaya yeni çıxış imkanı yaradacaq enerji dəhlizlərində iştirakı barədə də müzakirələr aparılıb.
[gallery columns="1" link="file" size="full" ids="98897"]