İkinci Üçtərəfli Zirvə Görüşü Azərbaycanda baş tutacaq. Bu barədə Report 16 dekabr tarixində məlumat verib.
Azərbaycan, Türkiyə, Türkmənistan Dövlət Başçılarının görüşü haqda məlumat Birinci Üçtərəfli Zirvə Görüşünun yekunlarına dair sənəddə bildirilib.
Qeyd edək ki, Birinci Üçtərəfli Zirvə Görüşü Türkmənbaşı şəhərində keçirilib. Görüşdə hər üç ölkənin liderləri iştirak ediblər.