Azərbaycan hərbçiləri Türkiyəyə təlimə gediblər.
Bu barədə 7 yanvar tarixində APA Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən məlumat verib.
“QIŞ-2023 təlimində iştirak edəcək olan Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgərləri Qarsa çatıb. Qardaşlarımız xoş gəldiniz, bir və bərabər olacağımız QIŞ-2023 təlimində uğurlar diləyirik”, - deyə məlumatda qeyd edilib.