Almaniyada qaçqın yataqxanasında baş verən dava zamanı Azərbaycan vətəndaşı bıçaqlanıb. Bu barədə 3 yanvar tarixində Report məlumat verib.
Hadisə dekabrın 31-də, axşam saatlarında Bielefeldəki sığınacaq axtaranların müvəqqəti məskunlaşdığı yataqxanaların birində qeydə alınıb.
Məlumata görə, İran və Somalidən olan iki şəxsin mübahisəsi əlbəyaxa davaya çevrilib. Bu zaman Somalidən olan şəxs tərəfləri sakitləşdirmək istəyən Azərbaycan vətəndaşı, 31 yaşlı Samir Orucova mətbəx bıçağı ilə xəsarət yetirib.
Yaralı hadisə yerinə gələn təcili yardım avtomobili ilə yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Xəstəxanadan S.Orucovun yarasının yüngül olduğu deyilib.
İran və Somali vətəndaşları saxlanılıblar. Onlar barəsində cinayət işi açılıb.