Gələn ildən Azərbaycan vətəndaşları Mərakeşə elektron viza ilə səfər edə biləcəklər. Bu barədə 29 dekabr tarixində Report Mərakeşin Azərbaycandakı səfirliyinə istinadən məlumat verib.
Belə ki, 2023-cü il yanvarın 10-dan Azərbaycan və digər beş ölkənin vətəndaşları elektron viza almaqla Mərakeşə səfər etmək imkanı əldə edəcəklər.
Azərbaycan vətəndaşları viza üçün eyni zamanda Mərakeşin Bakıdakı səfirliyinə də müraciət edə bilərlər.