Azərbaycan xizəkçisi İlya Kostovun ayağı sınıb. Bu barədə 24 dekabr tarixində Report məlumat verib.
Hadisə İtaliyanın Kurmayeur kurortunda keçirilən dağ xizəyi idmanının "downhill" növü üzrə yarışda baş verib.
Atlet aldığı ağır zədə səbəbindən mövsümü erkən başa vurmaq məcburiyyətində qalıb.
Kostov hadisədən bir gün öncə Pila kurortunda FIS təqvimində keçirilən yarışda xüsusi slalom növündə 7 ölkədən 105 idmançı arasında 8-ci, öz yaş qrupunda isə 3-cü yerə sahib olub.