Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana İsraildən 22 083 nəfər səfər edib. Bu barədə 10 noyabr tarixində Dövlət Turizm Agentliyi məlumat verib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 dəfə çoxdur.
Qeyd olunub ki, noyabrın 9-da Zəfər Günü və Bayraq Günü ilə əlaqədar ölkəmizin turizm imkanlarının təqdimatı məqsədilə Azərbaycanın İsraildəki turizm nümayəndəliyinin Təl-Əviv ofisində “açıq qapı” günü keçirilib.