Gələn ildən Azərbaycanda 5 faizli yod məhsulunun istehsalı nəzərdə tutulur. Bu barədə 21 noyabr tarixində APA məlumat verib.
Bunu "Azər-Yod" MMC-nin ofis meneceri Zümrüd Məmmədova bildirib. Onun sözlərinə görə, hazırda zavodda xırda kristal yod-xammal istehsal edilir.
"Dərman preparatı olan 5%-li yodun istehsalı 2023-cü ilin I rübündə nəzərdə tutulur. Bunun üçün xaricdən avadanlıq sifariş verilib və sənədləşmə işləri gedir. Hazırlıq prosesi başa çatandan sonra "Azər-Yod" MMC-nin ölkəni yodla təmin etməsi mümkün olacaq", - məlumatda qeyd olunub.